Bakıda avtomobil oğurlayaraq satan şəxs tutuldu - VİDEO
3-10-2022, 18:04
7 117

Bakıda avtomobil oğurlayaraq satan şəxs tutuldu - VİDEO

Bakıda “VAZ-2107” markalı avtomobili oğurlayaraq satan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayon sakini olan bir nəfərin “VAZ-2107” markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb. Zərərçəkən polisə müraciət edən kimi avtomobilin axtarışlarına başlanılıb.
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri ənməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəki İsmayılov saxlanılaraq istintaqa təqdim edilib.
O, ifadəsində qaçırdığı avtomobili satdığını deyib. Oğurluq avtomobil polis əməkdaşları tərəfindən tapılaraq sahibinə qaytarılıb.
Faktla bağlı Zəki İsmayılov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər