İki qadını şantaj edən şəxs saxlanıldı
6-10-2022, 13:13
1 690

İki qadını şantaj edən şəxs saxlanıldı

Şəkidə qadınların şəkillərini paylaşılacağı ilə hədələyərək pul tələbən edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər