Bakıda və Sumqayıtda elektrik dirəklərini oğurlayanlar tutuldu
6-10-2022, 14:05
1 669

Bakıda və Sumqayıtda elektrik dirəklərini oğurlayanlar tutuldu

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektik enerjisi ilə təmin edən strateji əhəmiyyətli hava xətlərinin metal hissələrini oğurlayan şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidməti xəbər verir ki, onlar paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyublar.
Hadisə ilə bağlı oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılıb. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılıb.

Oxşar xəbərlər