Bakıda avtomobildən 31 500 manat oğurlandı
8-10-2022, 17:46
18 735

Bakıda avtomobildən 31 500 manat oğurlandı

Bakıda avtomobildən 31 500 manat oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər