Avtobusun rezin borusu partladı - Qadın xəsarət aldı
12-10-2022, 10:22
2 080

Avtobusun rezin borusu partladı - Qadın xəsarət aldı

Gəncədə avtobusda sərnişin yanıq xəsarətləri alıb.
Şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər