İsmayıllıda ailə ağır qəzaya düşdü - Ölən və yaralananlar var
28-10-2022, 10:11
1 279

İsmayıllıda ailə ağır qəzaya düşdü - Ölən və yaralananlar var

İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var.
Hadisə İsmayıllı rayonunda qeydə alınıb.
Belə ki, rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi "Kia Sorrento" markalı avtomobillə yaşadığı Soltan kəndi istiqamətində hərəkətdə olarkən maşın yolun kənarına çıxaraq aşağı yuvarlanıb.
Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər