Ağdamda iki qadını avtomobil vurdu: Biri öldü
29-10-2022, 12:42
18 178

Ağdamda iki qadını avtomobil vurdu: Biri öldü

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.
Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır

Oxşar xəbərlər