Bakıda 10 min manatlıq samovarlar OĞURLANDI
31-10-2022, 15:14
1 348

Bakıda 10 min manatlıq samovarlar OĞURLANDI

Bakıda fərdi yaşayış evindən oğurluq edən şəxsə hökm oxunub.
Oğurluq hadisəsi paytaxtın Suraxanı rayonu, "Qum adası" yaşayış massivində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Elvin Vəlizadə gecə saatlarında evin ətrafında gəzib. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan tullanaraq evin həyətinə daxil olub. O, həmin fərdi yaşayış evindən ümumi dəyəri 9 500 manat olan iki samovar oğurlayıb. Bundan başqa, dəyəri 120 manat olan odun samovarını da oğurluq yolu ilə ələ keçirib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə E.Vəlizadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər