Ordumuzun çavuşu qazdan boğulub öldü
1-11-2022, 16:08
6 926

Ordumuzun çavuşu qazdan boğulub öldü

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
APA xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini Yusifli Seymur Teymur oğlu yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Oxşar xəbərlər