KRİMİNAL XRONİKA: Axtarışda olan 78 nəfər saxlanıldı
2-11-2022, 21:15
9 526

KRİMİNAL XRONİKA: Axtarışda olan 78 nəfər saxlanıldı

Noyabrın  1-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.    
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Oxşar xəbərlər