"Vasmoy"da meyvə satan borca görə özünü asdı - YENİLƏNİB
3-11-2022, 18:16
6 777

"Vasmoy"da meyvə satan borca görə özünü asdı - YENİLƏNİB

Bakının Nizami rayonunda Röyal Məmmədovun özünü asması ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, R. Məmmədov “8-ci kilometr” bazarında meyvə-tərəvəz satışı ilə məşğul olub. O, növbəti dəfə satış üçün külli miqdarda məhsulu borca alıb. Ancaq sonradan həmin pulu qaytara bilməyib.
Onun məhz həmin borca görə asdığı ehtimal edilir.
Hazırda faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.
***
Saat: 09:23

Bakıda intihar hadisəsi olub.
Hadisə Nizami rayonu C. Naxçıvanski küçəsində qeydə alınıb. Burada kirayədə yaşayan 33 yaşlı Məmmədov Röyal Yaşar oğlu evin məxtəbxində özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, R. Məmmədov "8-ci kilometr bazarı"nda meyvə-tərəvəz satışı ilə məşğul olub. Onun hansı səbəbdən intihar etməsi isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər