Bakıda avtobus piyadanı vurub öldürdü
4-11-2022, 18:33
6 883

Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb. Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi “Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər