Qaxda bacısını qətlə yetirməkdə şübhəli bilinən 15 yaşlı oğlan tutulub
5-11-2022, 18:37
18 542

Qaxda bacısını qətlə yetirməkdə şübhəli bilinən 15 yaşlı oğlan tutulub

Qaxda bacısını qətlə yetirən şəxs tutulub.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, noyabrın 4-ü saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı, 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, A.Papiaşvili həmin mənzildə kirayədə yaşayırmış.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxşar xəbərlər