Ağstafada avtomobil qəzası ölümlə nəticələndi
5-11-2022, 21:57
18 458

Ağstafada avtomobil qəzası ölümlə nəticələndi

Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi VAZ-2106 markalı, 21-BG-428 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Məmmədov Rasim Kərəm oğlunu vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən noyabrın 4-də Bakıda vəfat edib.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər