Qubada yol kənarından silah tapıldı
10-11-2022, 21:28
9 913

Qubada yol kənarından silah tapıldı

Qubada yol kənarından silah tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər