Keçmiş məhkum məktəbdən oğurluq etdi
11-11-2022, 11:54
1 717

Keçmiş məhkum məktəbdən oğurluq etdi

Bakıda məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbin informatika otağından 4 ədəd noutbuk oğurlanması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər