Azərbaycanda 15 yaşlı qız oğurlandı
14-11-2022, 12:34
1 373

Azərbaycanda 15 yaşlı qız oğurlandı

Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib.
O əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 1 radələrində baş verib.
Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.
Müraciətlə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər