Oğuzda avtomobil traktorla toqquşub, ölən var
15-11-2022, 12:51
1 065

Oğuzda avtomobil traktorla toqquşub, ölən var

Oğuz rayonunda avtomobil traktorla toqquşub, ölən var.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər