Masazırda voleybolçu intihar etdi
17-11-2022, 14:48
965

Masazırda voleybolçu intihar etdi

Abşeronda 25 yaşlı şəxs intihar edib.
 
Masazır qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Bağırzadə Rauf Yusif oğlu özünü evdə asaraq həyatına son qoyub.
 
Bildirilib ki, FHN-in Akademiyasının məzunu olan R.Bağırzadə Mülki Müdafiə Qoşunlarında çalışırmış. O, həm də voleybolçu olub, bir sıra klublarda çıxış edib.
 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
 

 
qafqazinfo

Oxşar xəbərlər