Samuxda çobanı BIÇAQLADILAR
19-11-2022, 14:23
17 560

Samuxda çobanı BIÇAQLADILAR

Samuxda çoban bıçaqlanıb.
Hadisə rayon ərazisində yerləşən  fermaların birində  qeydə alınıb. Fermada çoban işləyən 1985-ci il təvəllüdlü E. Qurbanov budunun və döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 37 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Xəstənin yaxınların sözlərinə görə, o tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər