Cəlilabadda 3 yaşlı qız kimyəvi həlledici içdi - vəziyyəti ağırdır
21-11-2022, 18:16
6 463

Cəlilabadda 3 yaşlı qız kimyəvi həlledici içdi - vəziyyəti ağırdır

Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.
Apa xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.
3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib. Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
O reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər