Bakıda yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən oğlan HƏBS OLUNDU
23-11-2022, 16:13
647

Bakıda yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən oğlan HƏBS OLUNDU

Bakıda yeniyetmə qıza qarşı seksual hərəkətlər edən şəxs həbs olunub.
2003-cü il təvəllüdlü Tehran Məmmədov (soyadlar şərtidir) Bakıda "Əhmədli" metrostansiyasının yaxınlığında tanış olduğu 2007-ci il təvəllüdlü Günel Əliyeva Xətai rayonu, "Neapol" dairəsi adlanan yerə aparıb. Həmin ərazidə yerləşən parkda 15 yaşlı qıza qarşı seksual hərəkətlər edib.
Məhkəmədə ifadə verən yeniyetmə qız həmin gün evdən qaçdığını, "Əhmədli" metrostansiyasının yaxınlığında Tehrana yaxınlaşdığını bildirib:
"Ondan kirayə qalmaq üçün mənə kömək etməsini xahiş etdim. Daha sonra Tehran məni evə apardı. Orada da mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Həmin gün evdə birlikdə qaldıq. Ertəsi gün Tehran məni taksi ilə bulvara apardı. Orada "nə sən məni tanıyırsan, nə də mən səni" dedi və bundan sonra ayrıldıq".
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Tehran 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər