Bakıda saatda 12 ilə gedən avtomobil belə aşdı
24-11-2022, 17:11
6 383

Bakıda saatda 12 ilə gedən avtomobil belə aşdı

Bakıda qeyri-adi yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, paytaxt ərazisində saatda 12 kilometr sürətlə hərəkətdə olan minik avtomobili yolun hərəkət hissəsində dayanmış "Mercedes" markalı digər avtomobilə çırpılıb. Bu zaman qəzanı törədən nəqliyyat vasitəsi zərbənin təsirindən aşıb.
Mütəxəssislər hadisə vaxtı minik avtomobilinin onun hərəkət oxunun təsiri nəticəsində aşdığını bildiriblər.
Baş vermiş hadisə qəzaya uğrayan maşındakı və ərazidəki binanın kamerası tərəfindən anbaan lentə alınıb.





Oxşar xəbərlər