Bakıda iki bacını maşın VURDU
30-11-2022, 10:12
1 022

Bakıda iki bacını maşın VURDU

Bakının Xətai rayonunda iki bacının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Əmirova Aynura Ramiz qızı və bacısı, 1984-cü il təvəllüdlü Əsgərova Könül Ramiz qızını vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər