Xəstəxanaya getmək üçün evdən çıxan qadın iki övladı ilə itkin düşdü
9-12-2022, 11:56
1 208

Xəstəxanaya getmək üçün evdən çıxan qadın iki övladı ilə itkin düşdü

Bakıda 22 yaşlı qadın iki azyaşlı övladı ilə itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Binəqədi rayon sakini Allahyarova Vüsalə Cəbrayıl qızı sentyabrın 27-də səhər saatlarında xəstəxanaya getmək adı ilə iki azyaşlı övladı ilə birgə yaşadığı Binəqədi qəsəbəsində yerləşən “Yeni sahə” adlanan ərazidəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
Onları görənlərdən Binəqədi rayon Polis İdarəsinə (012-590-72-43 və 012-590-63-95) və DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər