Şamaxıda 65 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ
10-12-2022, 10:21
757

Şamaxıda 65 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

Şamaxıda 65 yaşlı qadın dəm qazından zəhərlənib.
Hadisə şəhərin  T.Zahidov küçəsində baş verib. Belə ki, həmin küçədə yaşayan 1957-ci il təvəllüdlü Rüstəmova Arifə Şirməmməd   qızı   yaşadığı evin hamam otağında  halı pisləşib və o,  Təcili Tibbi Yardım maşını ilə Şamaxı  RMX-na gətirilib.
A.Rüstəmovanın hamam otagında dəm qazından  zəhərləndiyi ehtimal olunur. Xəstəyə ilkin tibbi yardım göstərilib və daha  sonra  evə buraxılıb.

Oxşar xəbərlər