Hadisə
15-12-2022, 11:00
1 204
Tovuzda maşın aşdı - Ölən və xəsarət alanlar var
Tovuz rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Tovuz rayon Polis Şöbəsinə rayon ərazisində "QAZ 24" markalı avtomobilin idarəetməni itirərək aşması, 5 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
İlkin araşdırmalar nəticəsində Ağstafa rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımuradovun idarə etdiyi avtomobilin aşması nəticəsində 1966-cı il təvəllüdlü, Tovuz rayon Əlibəyli kənd sakini Ramiz Aslanov, 1957-ci il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Göyçək Əliyeva, 1983-cü il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Ramil Alıyev, 1997-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Asəf Orucov və 2001-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Hümmət Əliyevin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi və Hümmət Əliyevin ölməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.