Çindən gələn yük maşınında qanunsuz mopedlər aşkarlandı
16-12-2022, 14:36
720

Çindən gələn yük maşınında qanunsuz mopedlər aşkarlandı

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.
Yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib.
Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.  
Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər