Hadisə
21-12-2022, 10:09
631
Maşında sıxılıb qalan şəxs belə xilas edildi
Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafanın Dağ Kəsəmən kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHNdən bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb edilib. Müəyyən olunub ki, “VAZ-2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin - 1991-ci il təvəllüdlü Qocayev Musa Şahin oğlu deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.