“Kia Sportage” “Kamaz”la toqquşdu: Ana və uşağı öldü
23-12-2022, 10:28
634

“Kia Sportage” “Kamaz”la toqquşdu: Ana və uşağı öldü

Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər