Bulvarda qadın batdı - FHN axtarışa başladı
23-12-2022, 15:18
930

Bulvarda qadın batdı - FHN axtarışa başladı

Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qadın batıb.
FHN xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar.
Hazırda qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Oxşar xəbərlər