Bakıda motosiklet 53 yaşlı kişini vurub
30-12-2022, 11:41
717

Bakıda motosiklet 53 yaşlı kişini vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Azadlıq prospektində motosiklet yolu keçən 1969-cu il təvəllüdlü Qafarov Yasin Qədir oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər