“Range Rover”dən 6 min manat oğurlandı
2-01-2023, 12:40
1 716

“Range Rover”dən 6 min manat oğurlandı

Ötən il dekabrın 30-da Nəsimi rayonu ərazisində “Range Rover” markalı avtomobildən 6000 manat oğurlanıb.
DİN-dən bildirilib ki, bu barədə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Oxşar xəbərlər