Bakıda oğurluq edən şəxs ələ keçdi
2-01-2023, 14:04
1 381

Bakıda oğurluq edən şəxs ələ keçdi

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabını oğurlaması da müəyyən olunub.

Oxşar xəbərlər