Hacıqabulda piyadanı öldürüb qaçan sürücü tutuldu
4-01-2023, 10:42
549

Hacıqabulda piyadanı öldürüb qaçan sürücü tutuldu

Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar Rəsulovu vuraraq hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər