Astarada 2 mərtəbəli ev yandı
8-01-2023, 11:03
9 349

Astarada 2 mərtəbəli ev yandı

Astara rayonunun Kijəbə qəsəbəsində yanğın olub.
FHN-in saytı xəbər verir ki, ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 169 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər