Piyadanı vuraraq öldürən sürücü QAÇDI
8-01-2023, 15:20
9 311

Piyadanı vuraraq öldürən sürücü QAÇDI

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib.
Onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Oxşar xəbərlər