Təmir sexindən maşın qaçıran şəxs tutuldu
13-01-2023, 11:18
2 208

Təmir sexindən maşın qaçıran şəxs tutuldu

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
DİN-dən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.
O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Araşdırma aparılır.

Oxşar xəbərlər