Oğuzda iki maşın toqquşdu - Xəsarət alanlar var
13-01-2023, 15:07
6 968

Oğuzda iki maşın toqquşdu - Xəsarət alanlar var

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Padar kəndi ərazisindən keçən hissəsində "Volkswagen" və "Opel" markalı iki avtomobil toqquşub. 
Hadisə zamanı hər iki avtomobildə olan sərnişinlər xəsarət alıblar. Qəza zamanı "Opel"in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə dəstəsi çağrılıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər