Bakı aeroportunda ƏMƏLİYYAT: İstanbuldan gələndə saxlanıldı
13-01-2023, 18:35
6 384

Bakı aeroportunda ƏMƏLİYYAT: İstanbuldan gələndə saxlanıldı

Bakı hava limanında əməliyyat keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan \vətəndaşına məxsus bel çantası rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı çantanın qulplarından aşkar edilən 2 ədəd bağlamada kristal şəklində psixotrop maddənin olduğu müəyyənləşdirilib.
Bundan başqa, həmin şəxsin çantasından gömrük orqanına bəyan edilməyən bir ədəd “İphone 13 Starlight, 128 GB” markalı mobil telefon da aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən psixotrop maddə çəkisi 348 qram olan metamfetamindir.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər