Bakıda körpə ana südündən boğularaq öldü
14-01-2023, 12:32
8 122

Bakıda körpə ana südündən boğularaq öldü

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb.
Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər