Həftəsonu 27,6 kq-a yaxın narkotik aşkarlandı
30-01-2023, 20:12
7 317

Həftəsonu 27,6 kq-a yaxın narkotik aşkarlandı

Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddə çəkisi açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub

Oxşar xəbərlər