Bakıda qəza sıxlığa səbəb oldu
1-02-2023, 14:08
1 076

Bakıda qəza sıxlığa səbəb oldu

Bakıda yol-nəqliyyat hadisəsi nəqliyyatın hərəkətində sıxlıq yaradıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Ziya Bünyadov prospektində (DİN hospitalının qarşısı), metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər