Bərdədə ağır qəza - Ölənlər var
2-02-2023, 18:36
5 713

Bərdədə ağır qəza - Ölənlər var

Bərdədə ağır yol qəzası baş verib.
Apa xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin olduğu, 1 nəfər isə ağır bədən xəsarətləri aldığı bildirilir.
Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər