Hadisə
7-02-2023, 13:44
1 293
1 ay əvvəl piyadanı öldürüb qaçan sürücü saxlanıldı
Gəncədə hadisə yerindən yayınan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 5-də saat 8 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Ələkbərov “VAZ-21011” markalı avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan qeyd olunan avtomobilin sürücüsü, Daşkəsən rayon sakini A.Sadıqov saxlanılıb.
Araşdırma aparılır.