65 yaşlı kişi pilləkəndən yıxılaraq ÖLDÜ
8-02-2023, 15:52
6 932

65 yaşlı kişi pilləkəndən yıxılaraq ÖLDÜ

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, bu gün saat 15:00 radələrində Göyçay şəhərinin Abdulla Farux küçəsinin sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb. Betonun üstünə düşən 65 yaşlı kişi başından ağır travma alıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər