Sürücü sükan arxasında öldü, qəza baş verdi
8-02-2023, 17:00
6 953

Sürücü sükan arxasında öldü, qəza baş verdi

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 15:30 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayonun Mallı-Şıxlı kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Fəxrəddin Tofiq oğlu idarə etdiyi 90-EG-139 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında qəflətən ürək tutmasından dünyasını dəyişib. Avtomobil təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun əks istiqamətində, küçənin kanarında dayanmış Göyçay şəhər sakini, 1971-ci il təvəllüdlü Mehdiyev İsmixan Mövsüm oğluna məxsus 02-BU-741 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobilə çırpılıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Yaxınlıqdakı insanların köməyi ilə ürək tutmasından dünyasını dəyişən Fəxrəddin Xəlilov əzilmiş avtomobildən çıxarılaraq başqa nəqliyyat vasitəsilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun ürək tutması səbəbindən dünyasını dəyişdiyini bildiriblər. 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər