Qaradağda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi
10-02-2023, 10:27
716

Qaradağda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
FHN-dən verilən məlumata görə, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər