Bakıda FACİƏ: evində diri-diri yandı
11-02-2023, 13:01
17 290

Bakıda FACİƏ: evində diri-diri yandı

Bakıda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər