Polisə müqavimət göstərən sərxoş sürücü həbs OLUNDU
12-02-2023, 16:40
8 555

Polisə müqavimət göstərən sərxoş sürücü həbs OLUNDU

Sərxoş sürücü polis əməkdaşlarına müqavimət göstərib.
Apa xəbər verir ki, Şərur şəhəri ərazisində sərxoş halda avtomobil idarə edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları üçün təhlükə yaradan Xanlıqlar kənd sakini 1993-cü il təvəllüdlü Qasım Həsənov YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və hadisə yerinə dəvət olunan PPX əməkdaşlarına müqavimət göstərib.
Onun barəsində toplanmış materallar Şərur rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Oxşar xəbərlər